2024-cü il futbol üzrə Avropa çempionatı matçından əvvəl Gelzenkirxendə (Qərbi Almaniya) İngiltərə və Serbiya milli komandalarının azarkeşləri dalaşıblar.
Qeyd olunub ki, ingilis azarkeşi və polis məmuru başından ağır xəsarətlər alıblar.
Dələduzların serb azarkeşlərin oturduqları bara hücum etdiyi bildirilir. Şahidlər qeyd ediblər ki, qəzəblənmiş britaniyalılar serblərə oturacaq, şüşə və əllərinə keçən hər şeyi atıblar.
Təxminən 200 alman təhlükəsizlik qüvvələri oraya gəldikdən sonra onlar hadisə yerini tərk ediblər.
Yerli media hadisədən sonra qarşıdurmanın bir neçə iştirakçısının həbs olunduğunu bildirib.
TEMPİNFO