"Qadın bir topa dolları verdi ki, mahnı oxu"

  • 22.05.2021
  • 0

"Əvvəl toylara gedəndə insanlardan qorxurdum. Efirdə başqa cürəm, toyda insan üstümə gələndə çəkinirəm".

BiG.AZ xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər "Elgizlə izlə" proqramında deyib. O, toyda başına gələn hadisəni danışıb:

"Çox zəngin adam idilər. Toya üç aparıcı gətirmişdilər. Bir yaşlı qadın yaxınlaşdı. Pulqabısından bir topa, ən az 20 ədəd 100 dollar çıxardı uzatdı. Tutdum pulu. Qadın dedi ki, filan mahnını oxu, nənə oynasın. Pulun bir tərəfindən mən, o biri tərəfindən qadın yapışıb. Arxada da ən az 20 müğənni oturub. Cavab verdim ki, axı oxuya bilmirəm. Qadın dartıb pulu əlimdən aldı qoydu cibinə. Necə kompleks yaşadım. İndiki vaxtım olsaydı əlimdən pulu ala bilərdi? İndi toylara getmirəm"./Axşam.az

Nə düşünürsən?