Ağcabədidə yaşayış evi yandı

  • 08.12.2017
  • 0

Ağcabədi rayonunun Boyad kəndində ikimərtəbəli yaşayış evi yanıb. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, kənd sakinləri və FHN əməkdaşları evin arxa pəncərəsini sındıraraq yanan evdən 5 nəfərlik ailə üzvünü son anda xilas edib. Maya Hüseynovanın evində yanğın çıxan zaman ailə üzvləri yatılı olub. M. Hüseynova, gəlini və 2 nəvəsi yanğından xəbər tutanda evin giriş qapısı alovlandığı üçün bayıra çıxa bilməyiblər. Alov qısa müddətdə güclənib və ümumi sahəsi 160 kv.metr olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsi evdəki əşyalarla birlikdə yanıb. Yanğının elektrik naqillərində yaranan qısa qapanmadan meydana gəldiyi ehtimal olunur: "Qısa qapanmadan alışıb. Uşaqlar yatmış olub, qızlardan biri çölə çıxıb ki, ev yanır. Girib evdəkilərə hay salıb. Ancaq özləri qaça bilib. Heç paltar da götürə bilməyiblər ki, heç olmasa səhər əyinlərinə geyinə bilsinlər. Evdə 5 nəfər olub, ikisi uşaq, biri 2 aylıq, biri 2 yaşında, bir gəlin, iki dənə də qız olub".

Nə düşünürsən?