Yol polisi gücləndirilmiş iş rejiminə keçdi

  • 08.12.2017
  • 0

Şəki polisi hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə hərəkətin sıx olduğu ərazilərdə, xüsusilə məktəblərin qarşısında xidmət artırılıb. Polis əməkdaşları yol keçən şagirdlərə kömək ediblər. Hava şəraitinin dəyişməsi yollarda avtomobillərin hərəkət intensivliyində hələlik problem yaratmayıb. Ancaq gecə saatlarında havanın şaxtalı olma ehtimalını nəzərə alaraq yol polisi xəbərdarlıq edir. Bu cür hava şəraiti sabah günorta saatlarınadək davam edəcək.

Nə düşünürsən?