Satıcını bıçaqla hədələyib mağazadan pul apardı

  • 07.12.2017
  • 0

Bakıda mağazaya quldurluq niyyəti ilə basqın edən şəxs yaxalanıb. APA TV-nin xəbərinə görə, cari ilin noyabrın 9-da naməlum şəxs Xətai rayonunda yerləşən mağazaların birində satıcı işləyən Vahid Quliyevi bıçaqla hədələyərək quldurluq yolu ilə kassadan 420 manat götürərək hadisə yerindən qaçıb. Xətai Rayon Polis İdarəsinin müstəntiqi Azər İsmayılzadənin sözlərinə görə, məlumat daxil olan kimi dərhal hadisə yerinə əməliyyat-istintaq qrupu yollanıb və obyektə ekspert-kriminalistlərin iştirakı ilə baxış keçirilib, müvafiq əl-barmaq izləri götürülüb: “Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Bədəlov saxlanılıb”. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis quldurluq etməkdə şübhəli bilinən bu şəxsin başqa cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai RPİ-yə müraciət edə bilərlər.

Nə düşünürsən?