Türk Ordusu dua və təkbirlərlə Afrinə yollandılar

  • 16.02.2018
  • 0

Türkiyənin Afrində terrorçulara qarşı başlatdığı “Zeytun budağı” əməliyyatı bu gün (16 fevral 2018) 28-ci günündədir. “A24.az” xəbər verir ki, Türk Silahlı Qüvvələrinin verdiyi açıqlamaya görə, əməliyyatın başaldığı gündən bu yana 63 məntəqə terrorçulardan təmizlənib. Bu günə qədər 32 əsgərin şəhid olduğu, 9 sivil vətəndaşın həyatını itirdiyi əməliyyatla bağlı Türkiyənin Baş Qərargahı açıqlama verib. Açıqlamada bildirilib ki, son bir gündə (15 fevral 2018) quru və hava əməliyyatlarında daha 43 terrorçu zərəsizləşdirilib. Bundan əvvəl məhv edilən 1485 terrorçunun sayı əməliyyatın 28-ci günündə 1528-ə yüksəlib. Həmçinin dünən “Zeytun budağı” əməliyyatında iştirak edəcək əsgərlər Bayburtdan 5 minlik insan kütləsinin təkbir və duaları altında döyüş bölgəsinə göndərilib. Əsgərlərin əməliyyatın keçirildiyi bölgəyə gedəcəyi ilə bağlı məlumat alan təqribən 5 min insan əllərində Türkiyə bayraqları və mindən çox avtomobil karvanı ilə Türk əsgərlərini yola salıblar. 5 min nəfərlik insan kütləsi “Vətən, sənə canım fəda!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Ən böyük əsgər Bizim əsgər!” şüarları səsləndirərək əsgərlər üçün dua ediblər. Daha sonra, əsgərlər tanklarla ərazidən çıxamağa başlayanda təkbir gətirilib. “A24.az” Türkiyə mediasında yayımlanan görüntüləri təqdim edir:

Nə düşünürsən?