PYD-nin beton baryerləri top atəşi ilə dağıdılır

  • 13.02.2018
  • 0

"Zeytun budağı" əməliyyatı çərçivəsində məhv edilən PYD/YPG terrorçularının sayı 1439-a çatıb. APA TV-nin məlumatına görə, açıqlamanı Türkiyə Silahlı Qüvvələri yayıb. Son əməliyyat günü daha 70 terrorçu zərərsizləşdirilib. Türkiyə-suriya sərhədinə isə yeni qüvvələr cəmlənir. Hatay ərazisinə ağır texnika yığan TSQ onlardan bir hissəsini Suriyanın şimalındakı Hassa qəsəbəsinə yollayıb. Afrində nəzarətə götürülən ərazilərdə axtarış-təmizləmə işləri aparan hərbçilər PYD/YPG-yə aid böyük cəbbəxana aşkarlayıb. Mağaradan qaçan terroristlərin bu silahları aparmaq istədkləri, lakin bunu bacarmadıqları ehtimal olunur. TSQ-nın dəstək verdiyi Azad Suriya Ordusu (ASO) döyüşçüləri də terrorçulardan təmizlənən ərazidə böyük tunellər aşkarlayıb. Tunellərə girən döyüşçülər "tələ" ehtimalına qarşı atəş aça-aça irəliləyir. Terrorçuların Türkiyə sərhədinə yaxın mövqelərdə inşa etdiyi beton baryer və tunellər isə "Fırtına" topları ilə dağıdılır. PYD/YPG-nin bu nöqtələri 24 saat atəş altında saxlanılır. Bu hədəflər PUA-lar vasitəsilə aşkar edilib.

Nə düşünürsən?