Eşitmə əngəlli gənci kənara çəkilmir deyə döydülər

  • 16.01.2018
  • 0

Tələbələr eşitmə əngəlli gənci dəhşətli şəkildə döyüblər. GoldNews.Az xəbər verir ki, Adanada 20 yaşlı, eşitmə əngəli olan Agit Acun ötən gün ictimai nəqliyyata minib. Avtobusun arxa tərəfində sıxlıq olub və Əhməd Günsəl, Çağrı Çay, İsmail Kaçmaz və Əhməd Bədir adlı tələbələr Agitə "kənara çəkil!" deyiblər. O isə eşitmədiyi üçün reaksiya verməyib. Buna görə də 4 nəfər onu döyməyə başlayıblar. O isə kar və lal olduğunu əl-qol hərəkətləri ilə başa salmağa çalışıb. Tələbələr isə bunu səhv başa düşüb, onu yenidən döyməyə başlayıblar. Təəccüblü məqam ondan ibarət olub ki, hadisənin şahidi olan sərnişinlər səslərini belə çıxarmayıblar. Avtobusda olan təhlükəsizlik kameralarına baxış keçirildikdən sonra həmin şəxslər həbs olunub. Agit polis şöbəsində "eşitmədiyimi göstərmək üçün qulağımı göstərdim" deyib. Gənci döyənlərdən Əhməd Gürsəlin tibb tələbəsi və peşəkar boksla məşğul olduğu məlum olub.

Nə düşünürsən?