Cikianın başına bəla açan sözləri

  • 14.01.2018
  • 0

Moskva "Spartak"ının müdafiəçisi Qeorqi Cikianın tvitterdə etdiyi paylaşım FİFA-nın narazılığına səbəb olub. Offsideplus.az xəbər verir ki, 24 yaşlı futbolçu yanvarın 13-də klubun düşərgəsində çəkdiyi videoda 3 komanda yoldaşı - braziliyalılar Luiz Adriano, Pedro Roşa və Fernandonu "şokolad" adlandırmışdı. Ümumdünya futbol qurumu hadisə ilə bağlı rəsmi bəyanatla çıxış edib. "FİFA Moskva "Spartak"ının tvitter səhifəsində paylaşılan məlumatı pisləyir. Əvvəl də dəfələrlə qeyd olunduğu kimi, meydan daxilində və ondan kənarda rasizmin istənilən forması yolverilməzdir. Futbolda buna yer yoxdur. Baş vermiş hadisə ilə bağlı ölçü götürülməsi milli futbol strukturunun (Rusiya Futbol Federasiyası) öhdəsinə düşür.

Nə düşünürsən?