İki uşaq atası özünü asdı

  • 12.01.2018
  • 0

Lənkəranda iki uşaq atası özünü asaraq intihar edib. APA TV-nin cənub bürosunun xəbərinə görə, hadisə rayonun Girdəni kəndində qeydə alınıb. Kənd sakini, 27 yaşlı Şərafəddin İsmayılov yaşadığı evin həyətində yerləşən təndirxanada həyatına qəsd edib. Onun meyiti səhər saatlarında atası tərəfindən aşkarlanıb. Əmisi Xaliq İsmayılovun dediyinə görə, mərhum bir neçə gün əvvəl həyat yoldaşı ilə mübahisə edib. Daha sonra həyat uşaqları götürərək atasını evinə gedib. İntihar da məhz bundan sonra baş verib: "Qardaşım gəldi dedi ki, bu gün oğlum özünü asıb. Heç bir səbəb olmadan. Onun yoldaşı ilə nəsə aralarında söz olub. Yoldaşı uşaqları aparıb atasıgilə. Onlar bir yerdə yaşayırdılar. Üç gündür yoldaşı atasıgilə gedib. Uşaqlar anası ilə qalırdı. Bir qızı var, bir də oğlu". İki uşaq atası olan Şərafəddin İsmayılov ailənin tək oğul övladı olub. Mərhumun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Lənkəran rayon şöbəsinə təhvil verilib. Hazırda Lənkəran rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Nə düşünürsən?