Qızıl satan qadını vəhşicəsinə döyüb qızıllarını apardılar

  • 11.01.2018
  • 0

Gədəbəydə qızıl satan qadının evinə basqın olub və külli miqdarda qızıl aparılıb. APA TV-nin qərb bürosunun xəbərinə görə, Gədəbəy şəhərində yaşayan 1959-cu il təvəllüdlü Rahilə Tapdıq qızı İbrahimova yaşadığı evdə naməlum şəxs tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, R.İbrahimova rayonda qızıl-zinət əşyalarının satışı ilə məşğul olurmuş. Gecə saatlarında naməlum şəxslər onun yaşadığı evə daxil olaraq qadını döyüb və evdə olan təxminən 50 min manat dəyərində olan qızıl zinət əşyalarını aparıblar. FAktla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılır.

Nə düşünürsən?