Elzanın yeni şeiri : "Qadın bir şey istəyir, kişinin..."

  • 11.01.2018
  • 0

Əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb. Bax.tv Elza Seyidcahanın "Qadın bir şey istəyir" adlı şeirini təqdim edir: Qadın bir şey istəyir Bir şey Deyim nə istəyir? Bir şey istəyir. Bir. Pul istəmir Mal istəmir. İki şey istəmir Bir şey istəyir o, Bir şey. Qabırğadır, qabırğa O istəyir. İstəyir o Bir şey olsun. Qabırğa olsun, qabırğa Çox şey istəmir ki? Qadın qadını başa düşür, Kişi kişini başa düşür, Kişi qadını başa düşmür? Kişinin işi qadına düşür, Qadının kişiyə işi düşmür? Kişinin beli bükülür, Qadının abırı tökülür Abırdan betər sökülür Onun istəyi bir şeydir Bir şey! Rəhm istəyir, Fəhm istəyir, Səhm istəmir, Baş tükündən yaratmadı Başlara çıxsın. Dırnaqlardan yaratmadı Yerə atılsın. Qabırğadan yaratdı ki, Ağuşa batsın, Tumara çatsın, Sığalda yatsın, yatsın, Batsın. Arzuya çatsın, çatın Yatsın. Tumar, tumar Sığal, sığal, Qabırğa Qabırğadır, qabırğa. Qadın bir şey istəyir, Bir şey. Qabırğa olmaq istəyir Qabırğa. İstəyir o bir şey.

Nə düşünürsən?