Azərbaycan-İran sərhədində zəlzələ oldu

  • 11.01.2018
  • 0

Azərbaycan-İran sərhədində 3,9 bal gücündə zəlzələ baş verib. APA TV-nin məlumatına görə, bu barədə Avropa Seysmoloji Mərkəzin məlumatında bildirilir. Bakı vaxtı ilə saat 07:13-də qeydə alınan yeraltı təkanların episentri Astara rayonunun Kijoba qəsəbəsindən 6 km cənub-qərbdə, Ərdəbil şəhərindən 49 km şimal-şərqdə, ocağı isə 20 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Nə düşünürsən?