Şənbə-bazar avtobuslarla bağlı vacib açıqlama

  • 28.04.2021
  • 0

“Pik saatlarda avtobusların sayını çoxaltsaq da, onların hamısı eyni yolu getdiyinə görə sıxlıq yaranacaq. Ona görə də, avtobus sayını yox, yolunu artırmalıyıq”.

Azerforum.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli 2020-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, hazırda metro bağlı olduğu üçün xəttə nə qədər avtobus çıxarılsa da, sıxlığın qarşısını almaq mümkün deyil.

V. Kərimli həmçinin qeyd edib ki, şənbə-bazar günləri ictimai nəqliyyat işləmədiyi üçün avtobus zolaqlarından istifadədə məhdudiyyət yoxdur. 

Nə düşünürsən?