Qapısı olmayan maşın magistral yola çıxdı

  • 12.06.2021
  • 0

Avtomobilinin qapısı olmayan gənc sürücü magistral yola çıxması ilə görənləri təəccübləndirib.

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, hadisə İstanbulun Ataşehir istiqamətində baş verib.

Görüntülər başqa bir sürücü tərəfindən lentə alınıb. Sürücü məsuliyyətsizlik edərək nə öz həyatını, nə də digərlərinin təhlükəsizliyini nəzərə almadan saatlarla maşınının qapısı olmadan magistral yolda şütüyüb. Qısa müddətdə sosial şəbəkələrdə də yayılan bu görüntülər bəzilərinin qəzəbinə də səbəb olub.

Nə düşünürsən?