Qanunsuz sərnişin daşıyan 13 mikroavtobus sürücüsü saxlanıb

  • 08.09.2020
  • 0

Bakıya üç istiqamətdə qurulan postlar ləğv edilən kimi mikroavtobuslarla paytaxta sərnişin gətirməyə cəhd göstərən bəzi işbazlar saxlanıb. Bu barədə məlumatı '' Xəzər Xəbər''ə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, idarə rəhbərliyi tərəfindən bütün magistral yollar üzərində olan stasionar postlara tapşırılıb ki, mikroavtobus və iri tutumlu avtobusların şəhərə, o cümlədən də əks istiqamətdə hərəkətinə ciddi nəzarət edilsin. Amma edilən bütün xəbərdarlıqlara baxmayaraq, gecədən paytaxta sərnişin keçirmək istəyən mikroavtobus sürücüləri aşkar edilib və saxlanıb. Qeyd edək ki, onlar karantin rejimi qaydasını pozduqları üçün İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 100 manat məbləğində cərimə olunub və geri qaytarılıblar. Xatırladaq ki, taksi sürücülərinin rayonlara və ya əks istiqamətdə sərnişin aparıb-gətirmələrinə heç bir qadağa yoxdur. Kamran Əliyev sərnişin tutumu çox olan minik avtomobillərinin hərəkəti məsələsinə də aydınlıq gətirib. Qeyd edək ki, bütün yollarda yol polisi və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları ciddi nəzarət edirlər. Kamran Əliyev deyib ki, qaydaları pozan sürücülərə heç bir güzəşt olunmayacaq və onlar yerindəcə cərimələnəcəklər. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?