Gəncədə iki minik maşını toqquşdu

  • 04.06.2021
  • 0

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hərəkətdə olan “VAZ” markalı minik avtomobili ilə “Chevrolet Cruze” toqquşub. Qəza zamanı 4 nəfər – 1990-cı il təvəllüdlü Bəhruz Qarayev, 1990-cı il təvəllüdlü Əhməd Namazov, 1982-ci il təvəllüdlü Ulduz Əliquzuyeva və Tinatin Həsənova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?