"Brembo" LED işıqlandırması olan əyləc supportlarını təqdim edib

  • 07.05.2021
  • 0

Brembo şirkəti əyləc texnologiyası sahəsində tanınmış dünya lideridir, lakin şirkətin yeni G Sessanta support konsepsiyası sizə bir qədər qəribə görünə bilər.

Yeni supportların maraqlı xüsusiyyəti - onların LED işıqlandırmaya malik olmasıdır. Üstəlik, nəqliyyat vasitəsinin sahibi işqlandırmanın rəngini smartfonundakı tətbiq vasitəsi ilə dəyişdirə bilər. Aşağıda dərc etdiyimiz videoçarxda baykda quraşdırılmış G Sessanta supportlarını görmək olar. Lakin Brembo şirkətindən yeni texnologiyanı avtomobillərdə də tətbiq etmək imkanının olduğu bildiriblər.

Brembo şirkəti dəbli supportlar üzərində çoxdan işləyir.  Şirkət 2019-cu ildə Cenevrə avtosalonunda naxışlarla bəzədilmiş supportları nümayiş etdirmişdi. Naxışların arasında arqayl, narıncı kamuflyaj, neon hərflər, yarpaqlar, Kit Harinqin naxışları, gepard və əjdaha təsvirləri də var idi.

Nə düşünürsən?