TIR yoldan çıxaraq kanala aşdı

  • 16.07.2023
  • 0

Sabirabadda "Volvo" markalı TIR yük maşını yoldan çıxaraq kanala aşıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Qaragüney kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində sürücü, Sabirabad rayonunun Xəlfəli kənd sakini, 1966-cı il təvəllüdlü Abışov Saleh Nadir oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.