Nazirlər kabinetinin 26 iyul 2021-ci il tarixli qərarına əsasən bu qayda bütövlükdə ölkə üzrə həm şəhərlərarası daşımalar, həm şəhəradxili və rayondaxili sərnişin daşımaları, o cümlədən yük daşımalarında iştirak edən sürücülərə şamil edilir.
Qeyd edilən tarixdən COVID-19 pasportu olmayan taksi sürücülərinin müəyyənləşdirilməsi istiqamətində reydlər keçiriləcək.
Elşad Hacıyev vaksin pasportu və ya immunitet sertifikatı olmayan taksi sürücülərinin necə müəyyənləşdiriləcəyi ilə bağlı məsələyə aydınlıq gətirdi.
Qeyd edək ki, inzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.