Qəzaya səbəb qara rəngli “Mercedes”in sürücüsüdür. Belə ki, yüksək sürətlə hərəkətdə olan həmin avtomobil svetoforun qırmızı işığında hərəkəti davam etdirir. Bu zaman sağdan gələn digər “Mercedes”lə toqquşur. Hər iki avtomobilin ön tərəfi əzilərək yararsız hala düşür. Hər iki avtomobildəki insanların sağ-salamat yerə düşdüyü aydın görünür. Amma burada tükürpədici bir məqam da var. O da qəzaya səbəb olan “Mercedes”dən düşən gənc ananın körpə balası üçün atdığı addımdır. Digərləri maşından düşüb özünə, sağa-sola baxdığı halda həmin qadın arxa qapıdan düşərək maşının o biri tərəfinə qaçır və digər sərnişinin qucağında olan körpə balasını qucağına alaraq yolun kənarına gedir.