Qərarsız protokol, MMX protokol nə vaxt qüvvəyə minir?

  • 23.02.2018
  • 1

Sürücülərin bir çoxu MMX protokolla bağlı suallar varirlər. Onlardan biri budur: "Qərarsız protokolum var idi. MMX protokoldan məktub gəlməmişdi. Yolda YPX inspektoru saxlayıb qərarsız protokolları qərarlı etdi. Onun buna hüququ atırmı ? MMX protokol nə zaman qüvvəyə minir ?" Elektron kabinet İlk olaraq ondan başlayaq ki, bütün mmx və qərarsız protokollarınız barəsində öz elektron kabinetinizdən xəbərdar ola bilərsiniz. Asanpay.az və E-Xidmət elektron kabinetləri vasitəsi ilə mmx protokollarınızın qərarlı olub olmadığını öyrənə bilərsiniz. Və sizə məktub gəlməzdən öncə könüllü surətdə qərarsız protokolu icra edib, ödənişi plastik kartla edə bilərsiniz. Elektron kabinet açılması isə çox asandır. Asanpay elektron kabinetin açılma qaydalarını isə bu videodan izləyə bilərsiniz.

Nə düşünürsən?