AZ
Video yüklə

Qarabağa neçə yol salınacaq?

10 baxış Avto-Moto xəbərlər
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 16 yol layihəsi yerinə yetirilir və rayondaxili yolların tikintisi həyata keçirilir. İlin sonuna qədər Zəngilan Hava Limanının tikintisinin yekununa uyğun olaraq Zəngəzur dəhlizinin bir hissəsindən keçən avtomobil yolunun asfalt örtüyü ilə təmini nəzərdə tutulub.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agnetlyinin sədri Saleh Məmmədov Gəncədə bildirib. Onun sözlərinə görə, Zəngəzur dəhlizində yol tikintisi surətlə həyata keçirilməkdədir. Aparılan işlər çərçivəsində Xudafərin-Laçın-Qubadlı avtomobil yolunda işlərin 40 faizi görülüb, həmçinin Qubadlı şəhəri və digər işğaldan azad olunan torpaqlarımızda yol tikintisi davam etdirilir: “Laçın-Qubadlı yolundan Qubadlı şəhərinə gedən yolun tikintisi aparılır. Həmçinin Qubadlı-Eyvazlı yolunun inşası görülür. Fizuli - Ağdam yolunun tikintisinə başlamışıq, bu ilin sonuna kimi Bərdə-Ağdam avtomobil yolunun tikintisini də başa çatdırmaq və istismara vermək fikrindəyik”.

Aparılan işlər çərçivəsində işğaldan azad oluna ərazilərdə daxili yolların da tikintisi nəzərdə tutulub. Belə ki, hazırda Kəlbəcər-Laçın-Zəngilan ərazilərində təxminən 780 km yolun inşası aparılmaqdadır. İşğaldan azad olunan ərazilərimizin əsas avtomobil yollarından olan Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda 11.6 km uzunluğu olan 4 hərəkət zolaqlı tunelin tikintisində artıq işlərin 25 faizi yerinə yetirilib.

Saleh Məmmədovun sözlərinə görə, tuneldə işlər iki tərəfdən, Kəlbəcər rayonu və Göygöl rayonu tərəfindən yerinə yetirilir: “Nəzərdə tutulub ki, 2024-cü ilin sonunadək bu tunelin tikintisi başa çatdırılsın. Buna baxmayaraq Kəlbəcər rayonun Yanşaq kəndindən yəni tunelin Kəlbəcər hissəsindən çıxışından aprel ayının 15-dən sonra tikinti sürətlə davam etdiriləcək. Buna qədər isə Toğanalı kəndindən tunelin giriş hissəsinə qədər yolun tikintisi görülür”.

Saleh Məmmədov bildirib ki, 6 və 4 zolaqlı Əhmədbəyli-Şuşa avtomobil yolunda işlərin 70 faizi görülüb. Bu yolunun tam hazır olması 2023-cü ilin sonlarına nəzərdə tutulub.

Saleh Məmmədovun sözlərinə görə, 2023 və 2024 cü illər ərzində işğaldan azad olunan ərazilərimizdə yol infrastrukturunun tam yekunlaşdırılması planlaşdırılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.