Piyada vurma hallarının sayı çoxalıb

  • 29.08.2023
  • 0

Cari ilin 7 ayı ərzində respublika üzrə piyadaların vurulması ilə nəticələnən 350 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, bu da ümumi yol qəzalarının 37,7 faizi deməkdir. Bakı şəhəri üzrə isə bu göstərici 55 faiz təşkil edir.

Apardığımız müşahidələrdən də belə qənaətə gəlirik ki, bəzi insanlar piyada keçidindən istifadə etmir. Yolun hərəkət istiqamətinə yolun hərəkət istiqamətinə çıxaraq öz sağlamlıqlarını təhlükəyə atır və həmçinin qəza şəraiti yaradır. Təsadüfi deyil ki, bu hallardan sonra piyadaların vurulma halları daha çox artıb.

Şəhər Sakinlərinin fikirlərinə görə, insanların piyada keçidlərindən istifadə etməməsinə səbəb onların mənzil başına tələsməsi və az yol qət etmək istəyidir.

Nəqliyyat eksperti Elməddin Muradlı Real-a müsahibəsində bildirdi ki, insanların piyada keçidlərindən istifadə etməməsi onların öz məsuliyyətsizliyindən irəli gəlir.

Bununla bağlı Baş Dövlət Yol Polis İdarəsi piyadalara müraciət ünvanlayıb.

Qeyd edək ki, piyada keçidindən istifadə etməyən vtəndaşlar inzibati məsuliyyətə cəlb olunacaqlar. Belə ki, piyadalar sürət həddi saatda 80 km-dən yuxarı yoldan keçdiyi təqdirdə 40 manat, surət həddi saatda 80 km -dən aşağı olan yoldan keçirsə 20 manat məbləğində cərimə olunacaq.

REAL

Nə düşünürsən?