Maşın ağaca çırpıldı

  • 15.10.2023
  • 0

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA TV -nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşınının sürücüsü idarəetməni itirərək, ağaca çırpılıb. Qəza zamanı sürücü, 1999-cü il təvəllüdlü Fərhadnuh Babayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?