Maşın 40 yaşlı qadını vuraraq öldürüb

  • 29.08.2023
  • 0

Gəncədə piyadanı maşın vurub. 

Hadisə günorta saatlarında şəhərin Atatürk prospektində qeydə alınıb. Hərəkətdə olan  “OPEL” markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1983-cü il təvəllüdlü Firuzə Babayevanı vurub. Ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən qadın orada dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?