Lənkəranda ağır qəza
5 baxış
Avto-Moto xəbərlər
Lənkəranda yol nəqliyyat hadisəsi baş verib. Hadisə səhər saatlarında Ələt - Astara magistralının 172 km – də, Lənkəran rayonun Qurumba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Astara rayonunun Şümrüd kənd sakini 33 yaşlı Nahid Məmmədov idarə etdiyi “Mitsubishi” pikap markalı avtomobillə hərəkətdə
olarkən, eyni istiqamətdə hərəkətdə olan Lənkəran rayonunun Cil kənd sakini 21 yaşlı Sübhan Həbibzadənin idarə etdiyi traktorun arxa hissəsinə çırpılıb.
Zərbə nəticəsində traktor aşıb. Tarktorun sürücüsü Sübhan Həbibzadə və pikapda olan sərnişinlər, Astara rayonun Pəlikeş kənd sakinləri, sürücünün qardaşı 37 yaşlı Mövlud Məmmədov, həmkəndlisi 45 yaşlı Araz Əzimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına catdırılıblar. Yaralılara ilkin tibbi yardım göstərilib.
"Bu gün səhər saatlarında avtoqeza nətincısində 3 nəfər təcili yardım şöbəsinə daxil olmuşdur. Xəstələr Həbibzadə Subhan, Məmmədov Mövlud, və Əzizov Araz müxtəlif dərəcəli bədən xəsarətləri daxil olmuşdur, xəstələrə ilkin tibbi yardım göstərildi müvafiq şöbələrə yerləşdirildi vəziyyətləri orta ağırdır".
Faktla bağlı araşdırma aparılır.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.