Hava Limanında avtomobillər yanıb

  • 08.11.2022
  • 0

Bakı Beynəlxalq Hava Limanında “Opel Astra” markalı maşın qəfildən alovlanmağa başlayıb. 

APA TV Lent.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. 

Ətrafdakılar alovlanan maşına müdaxilə etsələr də, nəqliyyat vasitəsini söndürməyə müvəffəq ola bilməyiblər. Nəticədə yaxınlıqda olan “Mercedes-Benz”, “Hyundai” və “Mazda”ya da ziyan dəyib.   

Avtomobilin hansı səbəbdən alışdığı isə hələ ki, bəlli deyil.

AZAL-dan Lent.az-a verilən məlumata görə, Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının müdaxiləsi nəticəsində yanğın söndürülüb və onun digər avtomobillərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Nə düşünürsən?