AZ
Video yüklə

Bakıda zəncirvari qəza

813 baxış Avto-Moto xəbərlər
Paytaxtın Nizami rayonunda yol qəzası baş verib.

Oxu.Az Yenicag.az-a istinadən xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə “Mercedes” işıqforun qırmızı işığında dayanan “Kia” və “Tayota” markalı avtomobillərə çırpılıb. Zərbənin təsirindən “Mercedes” yararsız hala düşüb. Sürücüsü isə yüngül xəsarət alıb.

Hadisə yerinə yol polis əməkdaşları gəliblər. Müayinələr aparılıb. Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib. Qəzanın baş vermə səbəbləri araşdırılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.