Bakıda “Range Rover” oğurlanıb

  • 12.09.2023
  • 0

Bakıda binadan uşaq maşını oğurlayan şəxs kameralara düşüb.

News24.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Mirmahmud Kazımovski, 32/15 ünvanında baş verib.

Dünən axşam 19 radələrində 7 mərtəbəli yaşayış binasına daxil olan şəxs evin qapısının qarşısından 500 manatlıq uşaq maşınını götürərək qaçıb.

Uşağın valideyni hesab edir ki, oğru onları təqib edib:

Bizim dalımızca gəlib. Maşını qapının ağzında qoyub içəri keçdik. Heç beş dəqiqə keçmədi ki, maşını oğurladı”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Nə düşünürsən?