AZ
Video yüklə

Azərbaycanda dəhşətli hadisə: 4 yaralı var

1 013 baxış Avto-Moto xəbərlər
Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün günorta saatlarında Şəki-Qax avtomobil yolunun 29-cu kilometrliyində, Qax rayon ərazisində baş verib. Qax rayon Almalı kənd sakini, 2003-cü il təvəllüdlü Şamo Şəfizadənin idarə etdiyi "Mercedes Benz" markalı minik avtomobili ilə "VAZ 2107" markalı avtomobil toqquşub. Qəza zamanı Qax rayonun Lələpaşa kənd sakinləri, 1965-ci il təvəllüdlü Məlahət Ziyəddin qızı Əzizxanova, 1989-cu il təvəllüdlü Elşən Sərvər oğlu Əzizxanov, 2015-ci il təvəllüdlü Sərvər Elşən oğlu Əzizxanlı və rayonun Zəyəm kənd sakini 1990-cı il təvəllüdlü Nübar Saleh qızı Cumalıyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qax rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.