TR
Video yükle

“Facebook”da daha bir yenilik

63 izlenme Teknoloji
“Facebook” şirkəti yeni “Messenger Kids” proqramını istifadəyə verir. Yeni əlavə valideynlərə uşaqların kiminlə ünsiyyət qurmasına nəzarət etmək imkanı yaradır.

Oxu.Az-ın Trend-ə istinadən xəbərinə görə, bu barədə sosial şəbəkənin saytında dərc edilmiş məlumatda deyilir.

“Bu gün təqdim etdiyimiz əlavə vasitəsi ilə uşaqlar təhlükəsiz şəkildə öz ailələri və dostları ilə ünsiyyət qura biləcək”, - şirkətin məlumatında qeyd olunur.

“Messenger Kids” proqramı valideynlərin səhifəsi vasitəsilə nəzarət olunur. Bununla da uşaqlar yalnız valideynlər tərəfindən təsdiq edilmiş şəxslərlə əlaqə qura biləcək.

Yeni əlavədə reklam yerləşdirilməyəcək.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.