Yeni məktəbli forması satışa çıxarılıb
45 izlenme
Toplum
Azərbaycanda 2022-2023-cü tədris ilinin başlanmasına sayılı həftələr qalıb. Avqustun 1-dən etibarən yeni məktəbli formalarının satışına başlanıldı.
Bu sahədə ölkənin aparıcı müəssisəsi olan “Bakı Tikiş Evi” ASC şagirdlər üçün iki rəngdə, tünd-göy və boz rəngdə geyimlər hazırlayıb. Yeni məktəbli formaları cari tədris ilində yalnız ibtidai siniflər üçün nəzərdə tutulub. Digər siniflər üzrə təhsilalanlara ötən dərs müddətində istifadə etdikləri formalarını geyinməyə icazə verilib. Paytaxtın müxtəlif əraziləridə “Bakı Tikiş Evi” ASC tərəfindən satış məntəqələri yaradılıb və formaların qiymətləri müəyyənləşib.
Məntəqələrdə satışa bu gün başlanılmasına baxmayaraq xeyli sayda valideyn övladlarına geyim almağa gəldiyini müşahidə etdik.
İstehsalçılar ölkədə lazımi qədər məktəbli forması istehsal edildiyini bildirirlər. Jaketlərin satışına isə Təxminən 20-25 günə başlanlacaq. Hazırda “Bakı Tikiş Evi”ndə şalvar, ətək və poloların tikişi sürətlə davam etdirilir.
Bu ilki məktəbli formalarının parçaları “Bakı Tikiş Evi”nə xarici ölkələrdən gətirilib və keyfiyyət etibari ilə əvvəlki illərdən fərqlənir.
Qeyd edək ki, Bu ilin mart ayında Baş nazir Əli Əsədov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ni təsdiq edib. Qərara əsasən forma seçimi hər bir məktəbin daxili qərarına əsasən müəyyən edilib və seçilən məktəbli formaları 3 il ərzində işlək olacaq.

Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.