Tək əllə tambur düzəldən usta
9 izlenme
Toplum
Növbəti sujetimizin qəhrəmanı İsmayıl ustadır. Hansi ki, bu usta tək əllə xariqələr yaradır. Ağır xəstəlikdən sonra sağ əlini hərəkət etdirə bilməsə belə, tək bir əllə qədim musiqi aləti olan tambur düzəldir. Həm də bu alətdə özü də ifa etməyi bacarır. Onun düzəltdiyi bu musiqi alətinə nəinki Zaqatala və Balakən rayonlarında, hətta Dağıstanda belə maraq göstərirlər.
Zaqatalanın Danaçı kənd sakini İsmayıl Meqijev bir əlini xəstəlik nəticəsində işlədə bilmədiyi üçün tək əllə tambur düzəldir. Usta bir tamburu düzəltməyə - istifadə etdiyi materialın bərk və ya yumşaq olmasından asılı olaraq, 15-30 gün vaxt sərf edir. Satışın əsasən mövsümi xarakter daşıdığını deyən usta bir il ərzində təqribən 4-5 tambur sifarişi alır. Tambur xarici görünüşünə görə Azərbaycanın qədim musiqi aləti olan qopuza bənzəsə də, bir sıra fərqli cəhətləri var. Tamburu digər simli musiqi alətlərindən fərqləndirən cəhətlərdən biridə onun mizrabla deyil, barmaqlarla ifa edilməsidir. Tambur əsasən baş və şəhadət barmaqların köməyi ilə çalınır. Tamburu Zaqatala və Balakəndə qədim zamanlardan ifa ediblər. Bir zamanlar tambur el şənliklərinin,iməciliklərin ən sevilən bəzəyi,dadı-duzu sayılardı. Gündəlik üzləşdiyi və artıq həyatının bir parçasına çevrilən çətinliklərə baxmayaraq İsmayıl usta indi öz sənəti ilə nəfəs alır. Min bir əziyyətlə düzəltdiyi musiqi alətləri elə ustanın özünə də yaşama gücü bəxş edir. Tək arzusu, onun sənətini davam etdirəcək birilərinin olmasıdır.

Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.