Saatlı rayonunun su təchizatı yaxşılaşdırılır
50 izlenme
Toplum
Saatlı rayonunun Nərimanov kəndi və məcburi köçkün qəsəbəsinin içməli su təchizatı yaxşılaşdırılır. Nərimanov kəndi və 101 ailənin məskunlaşdığı məcburi köçkün qəsəbəsinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin daxili imkanları hesabına yeni layihə həyata keçirilir. Layihəyə əsasən,yaşayış məntəqələrinə içməli su təchizatı Saatlı-Sabirabad qrup su kəməri ilə Kür sutəmizləyici qurğuları hesabına aparılacaq. Bu məqsədlə Saatlı şəhərindəki mərkəzi su anbarından Nərimanov kəndinə qədər 5 km uzunluğunda magistral su kəməri çəkilib. Hazırda kənd ərazisində 5,5 km uzunluğunda paylayıcı şəbəkəsinin tikintisi davam etdirilir. Nərimanov kəndində əhalinin ümumi istifadəsi üçün 17 bulağın quraşdırılması layihələndirilib. Yeni çəkilmiş magistral kəmərdən məcburi köçkün qəsəbəsinə çıxış verilib və 1 km uzunluğunda birləşdirici xətt inşa olunub.
Tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur. Ümumilikdə bu layihə hesabına 2 minə qədər insanın keyfiyyətli içməli suya çıxışı təmin olunacaq. Qeyd edək ki, Saatlı-Sabirabad qrup su kəmərindən Saatlı və Sabirabad şəhərləri ilə yanaşı, magistral xəttin marşrutu boyunca yerləşən 30-dək kəndə də su verilir.
Qeyd edək ki, Saatlı rayonunun Nərimanov kəndində içməli su təchizatı sistemləri mövcud olmadığından sakinlər uzun illər Araz çayından ayrılan suvarma kanallarının və arxların suyundan istifadə edirdilər. Kəndin yaxınlığındakı məcburi köçkün qəsəbəsində isə mərkəzləşmiş şəbəkə mövcud olsa da içməli su Araz çayından götürülərək duruldularaq verilirdi. Yay aylarında quraqlıqla əlaqədar kənd və qəsəbənin su təchizatında ciddi çətinliklər yaranırdı. Bu problemlər artıq geridə qalır.
REAL

Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.