TR
Video yükle

Ramazan bayramında bazarda durum

74 izlenme Toplum
Burda istənilən məhsulu tapmaq olar. Nadir tapılan tərəvəzlərdən qiyməti qızıla bərabər meyvələrə, tarixən milli yeməklərimizidən yer alan göyərtilərdən dünya mətbəxində rasiyonumuza daxil olan yaşıllıqlara qədər. Müxtəlif növ çərəzlər, quru meyvələr, ətirli çaylar , ət , balıq, süd məhsulları və digər naz- nemətlər, həm yerli həm də xarici məhsullar öz alıcılarını gözləyir. Bazarda müştəri izdihamı yaşanmasa da müxtəlif piştaxtaların qarşısında alıcılar görmək mümkündü. Elə alıcı kontingenti də müxtəlifdi, həmyerlilərimizlə yanaşı şəhərimizin qonaqları da alış veriş üçün bazara üz tutub. Müxtəlif olan həm də alıcıların fikirləridi. Kimi razılıq edir kimi də bayramqabağı qiymətlərin qabardıldığını deyir.

Ramazan bayramının gəlişinin bazarda hərəkətlilik yaratdığı açıq aşkardı. Alıcılıq qabilliyyətinin yüksəlməsi digər tərəfdən tələb-təklif məsələsinə görə formalaşır. Satıcılar deyir ki, insanlar daha çox gündəlik təlabata çevrilən məhsullar üçün bazara gəlirlər. Amma bayram süfrəsi bazarlığı meyvə, tərəvəz və ət satışında daha çox hiss olunur. xüsusilə erkən saatlarda müştəri çoxluğu hiss etmək mümkündü.

İslamda süfrə və süfrəni bəzəyən nemətlər müqəddəs hesab olunur. Ona görə də hər kəs çalışır ki, Ramazan bayramında öz büdcəsinə uyğun şəkildə süfrə hazırlasın. Biz də sizə neçə belə bayramları doğmalarınızla birgə eyni süfrənin ərtafında qeyd etməyi arzulayırıq. ramazan bayramınız mübarək .

REAL

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.