TR
Video yükle

Qazimizə ev verildi

101 izlenme Toplum
Müsahibimiz, ehtiyatda olan polkovnik-leytenant Ehtiram Məmmədov Füzuli istiqaməyində gedən döyüşlərin birində yaralanıb, lakin o yaralanmasına baxmayaraq, ilk tibbi yardımı aldıqdan dərhal sonra döyüşlərə davam edib.Amma Daşaltıya girən zaman düşmən snayperinə tuş gəlib və ağır yaralanıb.

Ümumilikdə qeyd etmək lazımdır ki, hazırda dünyanın pandemiya və iqtisadi böhranla qarşılaşdığı bir dövrün olmasına baxmayaraq, Azərbaycan dövləti tərəfindən sosial siyasət artan xətt üzrə icra edilir. Respublikada social yönümlü layihələrin sayı və əhatə dairəsi genişləndirilir, əhalinin həssas təbəqəsinin sosial məsələlərinin həlli istiqamətində genişmiqyaslı işlər görülür.

Dövlətimiz hər bir Azərbaycan vətəndaşının sosial məsələlərinin həllinə xüsusi diqqətlə yanaşır, çox mühüm layihələr həyata keçirilir. Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərin mənzil-məişət məsələlərinin həlli daim diqqət mərkəzindədir.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.