Ölkəmizdə 20 mindən çox boş iş yeri var
56 izlenme
Toplum
Cari il ərzində 60 mindən çox ictimai iş yeri yaradılıb və vətəndaşlar bu işlərə cəlb olunub. Hazırda 20 mindən çox iş yeri hələ də boşdur. Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızı deyib. O bildirib ki, vakansiyanın olmasına səbəb mütəmadi olaraq yeni iş yerlərinin yaradılmasıdır. İctimai iş yerləri müxtəlif sahələri əhatə edir. İctimai işlərə cəlb olunan şəxslərə bir qayda olaraq ölkə üzrə müəyyən olunan minimum aylıq əməkhaqqı, yəni 250 manat ödənir. Haqqı ödənilən ictimai işlərlə bağlı vətəndaşlar yaşadıqları rayon üzrə Məşğulluq, yaxud da Dost mərkəzlərinə müraciət edə bilərlər. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.