TR
Video yükle

Milli Məclis qanun qəbul etdi

203 izlenme Toplum
Əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunacaq.

Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, əmək pensiyasının minimum məbləği gələn ildən 20 faiz artırılacaq.

Hazırda əmək pensiyasının minimum məbləği 200 manatdır.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Mənbə: visiontv.az

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.