TR
Video yükle

Milli "fast food"larımız varmı?

45 izlenme Toplum
Son zamanlar "fast food" yeməklərinə maraq daha da artıb. Xüsusilə məktəbə, işə gecikən insanlar aclıqlarına qalib gəlmək üçün üz tuturlar "fast food" qidalarına.
Şəhərin müxtəlif yerlərində hamburger, dönər, lahmacun, pizza, tost və bu kimi tez əmələ gələn yeməklərin hazırlandığı məkanlar mövcüddur. Türk dürümləri, şaurmadan vaz keçə bilməyən şəhər sakinləri milli "fast food"lar barədə nə düşünürlər? Ümumiyyətlə milli "fast food"lar varmı?
Xezerxeber.az-ın məlumatına görə, "Xəzər Səhər"in əməkdaşları bununla bağlı mütəxəssis və şəhər sakinlərinin fikrini öyrənib.
Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov milli "fast food" terminini qəbul etmədiyini deyir. Onun sözlərinə görə, tez əmələ gələn yeməklərimiz çoxdur, amma bu, onların "fast food" olması anlamına gəlmir. Qısa müddətdə hazırlanan və servis edilən bu qidalar ayaq üstə və ya gəzə-gəzə yeyilməməlidir.
Tahir Əmiraslanov deyir ki, "fast food" tez əmələ gələn və tez qəbul edilən qidalardır. Amerika alimləri bunun, hətta qəzalara səbəb olduğunu iddia edirlər.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.