TR
Video yükle

Kənd təsərrüfatının inkişafı prioritetlərdəndir

8 izlenme Toplum
Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizlə bağlı ilk tapşırığı həmin torpaqların əkilib becərilməsi ilə bağlı olub".

Bunu kənd təsərrüfatı naziri İnam Kərimov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı keçirilən "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktiki konfransda bildirib.

İ.Kərimov əlavə edib ki, torpaqlarımızın azad edilməsindən sonra rəhbərlik ediyi qurumun qarşısında bu ərazilərin aqrar potensialından səmərəli istifadə etmək, məhv edilmiş kənd təsərrüfatı infrastrukturunu yenidən qurmaq, bu torpaqlara yeni həyat vermək vəzifəsi qoyub.

Kənd Təsərrüfatı Nazirliyi işğaldan azad olunmuş ərazilərdı faktiki əkin sahələri və bağlar barədə peyk məlumatları təhlil edib, vektorlaşdırılaraq xəritələşdirib. Onun sözlərinə görə, əkin dövriyyəsinə yeni ərazilərin daxil edilməsi məhsul istehsalını artıracaq, zəngin örüş, otlaq və yaylaq potensialı heyvandarlığın inkişafına təkan verəcək.

REAL

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.