TR
Video yükle

Gülüş hədəfinə çevrilən yeni sözlər

2 726 izlenme Toplum
Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının bəzi alınma sözlərə Azərbaycan dilində təklif etdiyi qarşılıqlar sosial şəbəkələrdə gülüş obyektinə çevrilib.

Komissiyasının sədr müavini, Nəsimi adına Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova daha sonra açıqlamasında açıqlamasında həmin sözlərin sadəcə təklif kimi səsləndirildiyini və hələ təsdiqlənmədiyini vurğulasa da dilə yatımlı olmayan bu əvəzləyicilər ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb.

Azərbaycan dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin siyahısı bunlardır: “Zaryadka” - “yükləmə”, “adapter” – “yükləyici”, “embarqo” - “qadağa”, “evakuasiya” - “köçürülmə”, “proqnoz” – “öncəgörmə”, “konsensus” – “yekdillik”, “kserokopiya” – “üzçıxarma”, “like” - “bəyənmə”, “mesaj” – “ismarıc”, “maus” – “bələdçi”.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.