TR
Video yükle

Daha bir şəhid bulağı istifadəyə verildi

42 izlenme Toplum
Şabran rayonunun Surra kəndində Vətən müharibəsində şəhid olan Ağayev Əmirağa Mahir oğlunun xatirəsinə bulaq kompleksi inşa edilib. Şəhidin təhsil aldığı məktəbin qarşısında tikilən abidənin bu gün açılışı oldu. Açılış mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak etdi. Çıxış edənlər 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı tarixi qələbədən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman hərbçilərimiz qanı, canı bahasına torpaqlarımızın azad edilməsindən söz açdılar. Vurğulandı ki, Vətən uğrunda şəhid olan qəhrəmanlar hər zaman xalqımızın qəlbində yaşayacaq. Mərasimdə məktəblilər şəhidlərə həsr edilən şeirlər səsləndirdi. Sonda bulaq kompleksinin açılışı oldu və abidə önünə tər güllər düzüldü.

Qeyd edək ki, 19 yaşlı Əmirağa Ağayev Vətən Müharibəsi başlayan zaman həqiqi hərbi xidmətdə olub. İlk gündən savaşa qatılan gənc qəhrəman Füzuli uğrunda gedən döyüşdə şəhadətə yüksəlib.

Canını vətənə fəda edən qəhrəmanla bu gün təkcə yaxınları deyil onu tanıyan hər kəs qürür duyur.

Qeyd edək ki, ölümündən sonra şəhid Əmirağa Ağayev 4 medalla-Füzuli və Xocavəndin azad edilməsinə görə eləcə də Cəsur döyüşçü və Vətən uğründa medalları ilə təltif edilib. Əmirağa Ağayev Şabran şəhər şəhidlər xiyabanında dəfn edilib.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.