TR
Video yükle

Abşeron rayonunda iməcilik keçirilib

336 izlenme Toplum
Abşeron rayonunda sakinləri şəhid ailələri və qazilər olan yaşayış kompleksinin ərazisində iməcilik keçirildi.

Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən iməclikdə təmizlik və abadlaşdırma işləri ilə yanaşı ağaclar əkildi və yaşıllıqlar suvarıldı. İməcilik zamanı ərazilər insan sağlamlığına və ətraf mühitə zərərli olan müxtəlif məişət tullantılarından təmizləndi və xüsusi nəqliyyat vasitələri ilə ərazidən daşındı. Yaradılan şəraitə görə sakinlər məmnunuqlarını ifadə etdilər.

Abadlaşdırma işlərində həmçinin Rayon icra hakimiyyətinin başçısı Abidin Fərzəliyev və digər icra nümayəndələri yaxından iştirak etdilər. Abidin Fərzəliyev kompleks sakinlərinin təkliflərini dinlədi və problemləri ilə maraqlandı.

REAL

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.