Zəlzələ bölgəsində 381 ev tikilir
1 izlenme
Son haberler
REAL-ın Şamaxıda olan müxbiri ən son məlumatları çatdırır. Zəlzələdən zərər çəkən vətəndaşlar üçün evlərin tikintisi davam edir.
FHN-in Zəlzələ bölgəsi üzrə Qərargahının rəisi Həsən Qasımzadə tikinti işləri barədə REAL-ın birbaşa efirində danışır.
"2019-cu ilin fevral ayında baş verən episentri Şamaxıda olan zəlzələ nəticəsində Şamaxı, Ağsu və İsmayılıı rayonlarında bir çox fərdi və çoxmənzilli yaşayış evlərinə ziyan dəyib. Bununla bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən regionlarda bununla bağlı yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır. Bu gün də bu işlər davam edir. Gördüyümüz bu məkanda tikilən bina Şamaxının mərkəzində, 20 Yanvar küçəsi 18 ünvanında yerləşir. Burada 44 mənzilli, dördmərtəbəli, 2 girişli binanın tikintisinə başlanılıb. Burada zəlzələdən ziyan çəkən sakinlər mənzillərlə təmin olunacaqlar", -deyə Həsən Qasımzadə bildirib.
Tikinti işlərinin nə vaxt başa çatacağı sualına cavabında Həsən Qasımzadə bildirib ki, mart ayının 7-də Prezidentin iştirakı ilə təməlqoyma mərasimi keçirilib: "İşlərin gedişatı Prezidentin nəzarəti altındadır. Tikinti təşkilatının məlumatına görə sentyabr ayının ortalarında tikilən bu bina istifadəyə veriləcək və vətəndaşlar mənzillə təmin olunacaqlar".

Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.