TR
Video yükle
Zelenskidən atəşkəs açıqlaması

Bu video şu anda oynatılamıyor.

Zelenskidən atəşkəs açıqlaması

349 izlenme Son haberler
“Vladimir Putin “Pasxa atəşkəsi” elan etsə də, Ukrayna səmasında Rusiyanın pilotsuz təyyarələri hələ də aşkar edilir”.

Bax tv “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Hazırda bütün Ukraynada hava hücumu xəbərdarlığı yayılır. Saat 17:15-də səmamızda Rusiyaya məxsus pilotsuz uçuş aparatları qeydə alınıb”, - deyə Zelenski qeyd edib.

O, vurğulayıb ki, indi Ukraynanın hava hücumundan müdafiəsi və aviasiyası fəaliyyətə başlayıb:

“Bizim səmadakı “Şahedlər” Putinin Pasxa bayramına və insanların həyatına əsl yanaşmasıdır”.

Qeyd edək ki, bu gün Rusiya lideri Vladimir Putin Ukrayna-Rusiya müharibəsində “Pasxa atəşkəsi” elan edib.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.