TR
Video yükle

Zelenski Azərbaycana təşəkkür edib

546 izlenme Son haberler
"Azərbaycan Ukraynaya minatəmizləmə avadanlıqları da daxil olmaqla, yeni humanitar yardım paketi təqdim etməyə hazırdır".

REAL xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində bildirib.

Onun sözlərinə görə, Ukraynaya tərəfdaş ölkələrdən minatəmizləmə texnikasının tədarükü vacibdir.

Ukrayna lideri qeyd edib ki, ölkənin 174 min kvadrat kilometr ərazisi partlamamış mina və sursatlar səbəbindən potensial təhlükəlidir.

"Mütəxəssislərimiz hər gün yüzlərlə partlayıcı obyekt aşkarlayır. Və nə qədər çox minatəmizləyici maşınlarımız, xüsusi minatəmizləmə aparatlarımız olsa, təhlükəsizliyimizi bir o qədər fəal şəkildə bərpa edə biləcəyik. Bizə kömək edən hər bir ölkəyə təşəkkür edirik", - Zelenski vurğulayıb.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.