TR
Video yükle

Yardımlı rayonunda zəfər yürüşü keçirilib

6 izlenme Son haberler
Yardımlı rayonunda Zəfər gününün ildönümü münasibətilə yürüş keçirilib. Səhər saatlarından yerli hakimiyyət nümayəndələri, rayon ictimayyəti, şəhid ailə üzvləri və qazilər şəhidlər xiyabanına doğru irəlləyiblər.

Xiyabana yerləşən xatirə lövhələrinin qarşısına qırmızı qərənfillər düzülüb, qəhrəman şəhid övladlarının ruhlarına dualar oxunub. Vətən müharibəsində 25 şəhidi və yüzlərlə qazi ilə iştirak edən Yardımlı rayonun mərkəzi prospekti də 3 rəngli bayraqlara bürünüb.

Daha sonra Ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət olunub. Yardımlı rayon İcra hakimiyyətinin başçısı Ayaz Əsgərov Zəfər Gününü diplomatiyamızın, ordumuzun, xalq birliyimizin uğurları sayəsində qazandığımızı bildirib.

Qeyd olunub ki, müharibənin ilk günüdən sona qədər Yardımlı rayonundan minlərlə gənc ön cəbhəyə yollanıb və döyüş meydanında öz sözünü deyib. Vətən müharibəsində iştirak edən qazilər abidə qarşısında hərbi salamla çıxış ediblər.

REAL

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.