TR
Video yükle

Vaqifin məqbərəsi bərpa edilir

9 izlenme Son haberler
Layihə Heydər Əliyev Fondunun vəsaiti hesabına ərsəyə gələcək.

Azərbaycan Prezidentinin Şuşaya yolu bax belə başladı. “Şuşasız bizim işimiz yarımçıq olar” deyən Ali baş komandan İlham Əliyev miqyasından asılı olamayaraq çıxış etdiyi bütün tədbirlədə nitqinin başlanğıcını da, sonunluğunu da Qarabağa bağlayırdı.

30 ilə yaxın müddətdə işğalda qalan o əraziləri düşmən tapdağından azad etmək üçün qarşısına hədəflər qoydu, güc nümayiş etdirdi və hərəkətə keçdi. Bu hədəflər onu Qarabağa- Şuşaya aparan yol oldu.

Sentyabrın 27-də başlayan Vətən müharibəsi noyabrın 10-da ordumuzun gücü, Ali baş komandanın yürütdüyü siyasət nəticəsində Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı.

Qələbədən sonra Prezidentin Qarabağ səfərləri intensiv hal aldı.

Beləliklə İlham Əliyev qalib sərkərdə kimi Şuşaya ikinci səfərini reallaşdırdı. Dövlət başçısı bildirdi ki, Şuşada ermənilərin dağıdaraq yerlə yeksan etdiyi Vaqifin məqbərəsi H.Ə Fondunun vəsaiti hesabına yenidən bərpa olunacaq.



Artıq işlərə start verilib. Prezident işğaldan əvvəl 1982-ci ilidə kompleksin açılışında Ümumilli Lider Heydər Əliyevin bilavasitə iştirak etdiyi fotoları nümayiş etdirib.

Həmin tədbirdə Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə iştirak edib.

Memarı Albert Mustafayev olan Vaqifin büstü də yenidən bərpa olunacaq. Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının qalıqları ilə tanış olan president tarixi sarayın vəziyyətinə diqqət çəkdi.

Beləliklə, İlham Əliyev həm xalqının Qarabağ arzularını reallaşdıran sərkərdə kimi, həm də atasının vəsiyyətini yerinə yetirən övlad kimi tarix yazdı.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.