TR
Video yükle
Türkiyə Ukraynaya kömək edəcək

Bu video şu anda oynatılamıyor.

Türkiyə Ukraynaya kömək edəcək

397 izlenme Son haberler
Türkiyə və Ukrayna münaqişə nəticəsində dağılmış infrastrukturun bərpasına dair saziş imzalayıb.

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyinin məlumatında deyilir.

Qeyd edilib ki, Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov və Türkiyənin ticarət naziri Mehmet Muş Lvovda keçirilən görüşdə sazişi imzalayıblar. Söhbət “Ukraynanın bərpasında Türkiyə tərəfinin iştirakını nəzərdə tutan infrastrukturun bərpasına dair Anlaşma Memorandumu”ndan gedir.

Güman edilir ki, türk biznes və hökumət strukturları konkret bərpa layihələri hazırlaya, həmçinin məsləhət və texniki yardım göstərə bilər.

Xəbər verdiyimiz kimi, avqustun 18-də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşlə görüşmək üçün Lvova səfər edib.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.